Mədəniyyət

Şap elə bilir Şupdadı…..Şap elə bilir Şupdadı…..
“Axtarma məni” “Allahu Allah”ın hesabına yenidən gündəmə gəldi
Yaxşı ki, son zamanlar adı dillərdən düşməyən Sami Yusuf “Allahu Allah” mahnısını oxudu. Yoxsa çoxdandır ki, səsləndirilməyən, bir çoxlarının tamamilə yadından çıxan “Axtarma məni” mahnısı gündəmə gəlməzdi. “Allahu Allah” mahnısını diqqətlə dinləyənlər “Axtarma məni” mahnısını yada salıb Sami Yusufu suçladılar.
“Başqa baxışla”
Müsabiqə yekunlaşdı
Polşa Respublikasının Bakıdakı səfirliyinin təşkil etdiyi “Başqa baxışla” adlı IV Beynəlxalq Uşaq və Superbahis Gənclər müsabiqəsinin qaliblərinin adları dünən açıqlandı. Tofiq İsmayılov adına Uşaq Bədii Qalereyasında baş tutan tədbirdə qalib olmuş azərbaycanlı laureatlara diplomlar təqdim olundu.
 
“Qəfəs” realiti-şounun qalibi kim olacaq?
Cavid, Rəna, yoxsa Şəhriyar? 
“Qəfəs” realiti-şousu ATV kanalı ilə yayımlanan gündən birmənalı qarşılanmadı. Ziyalı, xüsusilə də orta və yaşlı nəslin nümayəndələri bu layihəni mənfi qiymətləndirib verilişin milli-mənəvi, əxlaqi dəyərlərimizə zidd olduğunu söylədilər.
Rasim Ocaqovu da itirdik
Dünən Azərbaycan mədəniyyətinin daha bir dəyərli nümayəndəsilə vidalaşdıq.
İyulun 11-də dünyasını dəyişən kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun 72 yaşı vardı. Ömür vəfa etsəydi, sənətkar noyabrın 22-də 73 yaşını qeyd edəcəkdi. Ürək-damar xəstəliyi Azərbaycan kinosunun “Təhminə”, “Qatır Məmməd”, “Tütək səsi”, “Bağlı qapı arxasında”, “Həm ziyarət, həm ticarət” və s. kimi sevilən filmlərin müəllifi olan R.Ocaqovu ömrün daha bir baharına adlamağa imkan vermədi.
 
Bakının torpağı ehsandı, məqamdır, gəl apar….
Əntiq mallarımızı əcnəbilər necə əldə edir? 
Məqaləni qələmə alarkən fikrimdə şahidi olduğum hadisəni analiz edirdim. O qədər də yaşlı olmayan qadının yalnız vəfatından sonra övladlarının onun evinə yığışması, əsasən də dünyanı tərk edərkən yanında heç kimin olmaması məni çox təsirləndirmişdi. Düşünürdüm ki, daha çox bizim millətə xas olan biganəlik nədən yaranır?
 
Kasıb və kitabsız kitabxanalar
Mədəniyyət və Turizm Nazirliyi hara baxır? 
Azərbaycan mədəniyyəti ilə bağlı çox əhəmiyyətli proseslər baş verir. İş elə gətirib ki, mədəniyyətimizin qorunması və inkişaf etdirilməsi məsələsi strateji məna kəsb edib. Geosiyasi durumun tələbləri mədəniyyətlərin yarışını ön plana çıxarıb.