Bizim kimi regionçudu |
“Ağrıdağ” regional qruplaşmasının “şef”i Nurəddin Mustafayev Mahal İsmayıloğlu ilə siyasətdən söhbət edir: |
– A Mahal, o Yanukoviçin partiyasının adı nədi? – Regionlar Partiyası. – Yönümü nədi? – Rusiyapərəst. – Bəs mövqeyi, əqidəsi, yolu? |
Biz heç kəllələşmirik |
Rusiya LDP-nin lideri Vladimir Jirinovski italyan futbolçu Materassini kəllə ilə yıxan Zinəddin Zidanı pisləyir: |
– Əsl terrorçu xarakteridi! Köməkçisi: – Axı, onun anasına söyüblər. – Nə olsun? O söyüşü biz gündə yüz dəfə bir-birimizə deyirik, heç kəllələşmirik. |
Plan hazırlanır |
KXCP – nin əsas strateqlərindən biri Yusif Sevdimalının son günlər media qarşısında görünməməsi ictimaiyyətin təəccübünə səbəb olub. |
Partiyadan sızan məlumata görə, Y. Sevdimalı dənizkənarı kəndlərin birinə çəkilib müxalifətin yeni fəaliyyət strategiyasını hazırlayır. |
Çörək ağacı |
Əlində krossvord tutmuş oğlu Hacıağa Nuriyevdən soruşur: |
– Ata, bir ağac növü de, görüm. – Yaz, Ocaqnejad. – O, adamdı, ağac deyil. – A bala, adam olanda nə olar, bizim çörək ağacımızdı də. |
Yanukoviçi qınadı |
Ukraynadakı hadisələrlə bağlı qəzet məqaləsini oxuyan AXCP sədrinin müavini Fuad Mustafayev üstün tərəfin-baş nazir olmaq üçün inad edən Viktor Yankoviçin qarasınca deyinir: |
– Boyuvu yerə soxum, gül kimi alver imkanı yaranıb, puldan-paradan al, adamlarını hökumətdə yerləşdir, sakit otur də. Nəyinə gərəkdi, inad edirsən? |
Daha getmərəm |
Müsavat başqanı İsa Qəmbər dostu Pənah Hüseyni çağırıb deyir: |
– Bəy, bir proje hazırla, irəli çıxaq. Mənim liderliyimi qabardaq. 16 oktyabrı yadına salıb sızıldayan P.Hüseyn etiraz edir: – Yox qardaş, o hadisədən sonra sənnən prezident seçkilərinə yox e, heç qarpız əkməyə də getmərəm. |