İdman

  İdman
Şotlandlar Di Vayo ilə maraqlanır
“Valensiya”nın italiyalı hücumçusu Marko Di Vayo ilə “Qlazqo Reyncers” yaxından maraqlanır.Artıq şotlandiyalılar futbolçunun keçidi üçün klubuna 5,5 milyon avro ödəmək niyyətində olduqlarını açıqlayıblar. Futbolçu ötən mövsümü “Monako”da icarə əsasında keçirib. Di Vayonun transfer qiymətini ispanlar da elə bu miqdarda dəyərləndirdiklərindən keçidin baş tutmasında elə bir problemin olmayacağı sezilir. 
 Torres “şeytan” ola bilər
“Mançester Yunayted” rəhbərliyi çoxdandır ki, “Atletiko”lu Fernando Torresə göz qoymuşdu.Torresin xidmətində maraqlı olan “qırmızı şeytanlar” artıq onun keçidini reallaşdırmaq üzrədirlər. Belə ki güvenilir bahis siteleri içinde, hər iki qrup arasında aparılan danışıqlar müsbət nəticələnib. Futbolçunun özü də bu keçidin əleyhinə deyil. 
Hutun keçidi ləngiyir
“Çelsi”nin almaniyalı müdafiəçisi Rober Hutun “Middlsbro”ya transfer olunacağı gözlənilirdi.Lakin “Middlsbro”nun baş məşqçisi Qarets Sautgey bunun baş tutmayacağını bildirib. Səbəbi isə futbolçunun müayinədən keçdikdən sonra ayağında ciddi zədəsinin aşkarlanması olub. Əgər keçid reallaşarsa, onda “Çelsi” Hutun transferindən 7,2 milyon avro gəlir əldə edəcək.
Üzeyir Abdullayev “Ginnesin rekordlar kitabı”na düşə bilər
İyulun 4-də start verilən dama yarışları üzrə ölkə çempionatının final mərhələsi başa çatıb.Gənclər və İdman Nazirliyindən daxil olan məlumatda bildirilib ki, 14 idmançının qatıldığı mübarizədə Üzeyir Abdullayev 26 mümkün xaldan 24-nü toplayaraq 35-ci ölkə çempionu adına layiq görüldü. Bu göstərici Ginnesin rekordlar kitabı”na düşməyə layiq bir göstərici hesab olunur.
Koul subaylığın daşını atır

İngiltərə yığmasının müdafiəçisi Eşli Koul bu gün subaylığın daşını ataraq dünya evinə girəcək.Futbolçu “Göls Alound” qrupunun ifaçısı Şeril Tvidini ilə ailə həyatı qurur. Koul toy mərasiminə “Arsenal”dan yalnız Sol Kempell və Tyeri Anrini dəvət edib. Nədənsə futbolçu komandanın baş məşqçisi Arsen Vengeri toy mərasiminə dəvət etməyib. 
 Kivu “Roma”da qalacaq
İker Kasilyas və Serxio Ramosun “Real”ı tərk edəcəyi haqda gəzən söz-söhbətlər klubun prezidenti Ramon Kalderonu narahat edib.Belə ki, o, bunun şayiədən başqa bir şey olmadığını və hər iki futbolçunun klubda qalacağını deyib: “Bunların hamısı şayiədir. Futbolçulara böyük ümidlər bəsləyirik və heç birini satmaq niyyətimiz yoxdur”.